Xəbər lenti

“Üstay” şirkəti SOCAR-ın nəzdində deyil, podratçı şirkətdir
Ekonomiks 12:03 17.01.2020

“Üstay” şirkəti SOCAR-ın nəzdində deyil, podratçı şirkətdir" (AÇIQLAMA)

"Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin "Üstay” şirkəti SOCAR-ın nəzdində deyil, podratçı şirkətdir.

Bunu "Report"un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov qeyd edib. 

O, Türkiyə şirkətinin zavodda çalışmış, lakin müqavilə müddəti bitmiş işçilərinin etirazı ilə bağlı bildirib ki, müqavilə vaxtı bitmiş işçilərə kompensasiya verilməməsi qaydasına baxmayaraq, "Üstay” şirkəti onlara da əlavə ödəniş edəcək:

"Üstay" şirkətindən bizə verilən məlumata görə, qayda belədir ki, şirkət müqaviləyə müddətdən əvvəl xitam verdikdə işçilərə kompensasiya verir, amma müqavilənin müddəti sadəcə başa çatdıqda kompensasiya verilmir. Müqavilənin vaxtı bitən insanlar etiraz ediblər və "Üstay” rəhbərliyi onlara da müqavilədə nəzərdə tutulandan əlavə ödəniş verəcəyini bəyan edib.

SOCAR, bir qayda olaraq, bütün tərəfdaş şirkətlərdən tələb edir ki, Azərbaycan vətəndaşlarının bütün hüquqları məhz ölkəmizin qanunvericiliyi əsasında yüksək səviyyədə təmin olunsun. Hazırda bu istiqamətdə şirkətlər arasında hər hansı fikir ayrılığı yoxdur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->