Stress orqanizmin təbii qoruyucu reaksiyasıdır. Qısamüddətli, güclü olmayan streslər orqanizm üçün hətta faydalı sayılır.
Lakin stress güclüdürsə və insan ona uzun müddət ərzində məruz qalırsa bu sağlamlığa ciddi ziyan vurur.
Stress zamanı orqanizmdə kortizol və adrenalin hormonlarının (onlara "stress-hormonları” da deyilir) səviyyəsi qalxır. Bu prosess qısamüddətlidirsə, problem yoxdur. Lakin stress-hormonlarının səviyyəsi orqanizmdə daim yüksək olduqda, bu artıq çox ciddi pozulmaların riskini artırır.
Xroniki streslər bu kimi sağlamlıq problemlərinə səbəb olur:
- Ürək xəstəlikləri
- Həzm pozulmaları
- Depressiya
- Artıq çəki
- Yuxu problemləri
- İmmun sisteminin zəifləməsi
- Cinsi istəyin azalması
Saglamolun.az bildirir ki, bir çox mütəxəssislərin fikrinə görə, xroniki stress xərçəngin riskini artırır,mövcud olan şişin daha tez böyüməsini, orqanizm boyu yayılmasını stimullaşdırır.
Alimlərin fikrinə görə, xroniki stress immun sisteminin fəaliyyətini pozduğuna görə immun hüceyrələri şiş hüceyrələrini vaxtında aşkar edib zərərləşdirə bilmir və nəticədə xərçəngin riski də artmış olur.
Digər tərəfdən xroniki stress orqanizmdə iltihabın səviyyəsini artırır. İltihablar isə öz növbəsində xərçəngin riskini artırır.
Mənbə: Saglamolun.az
Şərhlər