Sudanda hərbçilərlə etirazçılar arasında yaşanan qarşıdurmalarda ölü sayı 35-ə çatıb.
Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, ötən gün Hərbi Keçid Hökumətinin hərbçiləri nümayişçilərə atəş açmış və ölkədə gərginlik artmışdı. Yüzlərlə yaralının olduğu bildirilir.
Hərbi hökumət rəsmiləri müxalif qruplarla əldə edilmiş razılığın ləğv edildiyini və növbəti 9 ay ərzində seçkilərin keçiriləcəyini elan edib. Daha əvvəl isə hərbi hökumətin 2 il ərzində Sudana rəhbərlik edəcəyi razılaşdırılmışdı.
Gülşən
Şərhlər