Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi (VİDEO)

Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi (VİDEO)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
 
Qaynarinfo - nun ONA-ya istinadla verdiyi məlumata görə, avtoqəza zamanı "VAZ 2115" və "Nissan" markalı avtomobillər toqquşub.

Bildirilir ki, Fətəlixan Xoyski küçəsi ilə İqbal İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobil işıqforun yaşıl işığında yoluna davam edərkən "VAZ 2115" markalı avtomobil qırmızı işıqda keçərək onunla toqquşub.

Məlum olub ki, "VAZ 2115"-in sürücüsü sükan arxasında ürək tutması keçirdiyindən avtomobili saxlaya bilməyib. Vəziyyəti ağır olan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR