Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Bakının küçə və prospektlərində nəqliyyatın hərəkəti qadağan edilib.
Qaynarinfo xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarının lentə alındığı fotoları yayıb.
Fotolarda daim sıxlıq müşahidə olunan küçə və prospektlərin sərt karantin rejimi ilə əlaqədar boş olduğu müşahidə olunur.
Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Şərhlər