Boks üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt boksçuları uğurlu nəticə göstərib.
Qaynarinfo xəbər verir ki, çempionatda"Neftçi” klubunun təmsilçisi Aşurəliyev Məhəmmədəli Yavər oğlu 60 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Digər sumqayıtlı boksçu Məlikov Nurlan Zubeyr oğlu isə 75 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Hər iki boksçu əməkdar məşqçi, idman ustası Rüfət Aslanovun tələbəsidir. Rüfət Aslanovun tələbələri bundan əvvəl də keçirilən yerli və beynəlxalq turnirlərdə uğurlu nəticələr göstərib.
Aydın
Şərhlər