Xəbər lenti

"Karvan-Yevlax" "Sumqayıt"a, "Qəbələ" "İmişli"yə qarşı...
İdman09:18 30.01.2026

"Karvan-Yevlax" "Sumqayıt"a, "Qəbələ" "İmişli"yə qarşı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XVIII turuna bu gün iki oyunla start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk görüş Yevlaxda təşkil olunacaq.
"Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da başlayacaq.
27 xala malik "Sumqayıt" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.
Günün son matçında "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Bu matç Qəbələ şəhər stadionunda, saat 17:00-da start götürəcək.
"Qəbələ" 11 xalla 11-ci, 18 xalı olan "İmişli" doqquzuncudur.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
30 yanvar
14:30. "Karvan-Yevlax" – "Sumqayıt"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu
17:00. "Qəbələ" – "İmişli"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, XVIII tura fevralın 1-də yekun vurulacaq.