Xəbər lenti

İdman 02:13 29.01.2026

"Qarabağ"ın iki potensial rəqibi açıqlandı

UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ" klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.

Qeyd edək ki, "köhlən atlar" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək.
--> -->