Xəbər lenti

Ölkə 12:18 25.03.2019

Sumqayıtda bir saat işıq olmayacaq

Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində bu gün fasilə yaranacaq.

"Azərişıq” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, fasilələr müxtəlif saatlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək. Fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsi tərəfindən aparılan tunel-keçid tikintisidir.

Bu səbəbdən ərazidən elektrik xətlərinin köçürülməsi işləri aparılır.

"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->