Ölkə 13:35 06.10.2017

Sumqayıtda sərnişin avtobusu ağır qəzaya düşdü: 7 yaralı

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

"Qaynarinfo" lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Qaynarinfo.Az