Sumqayıtdakı "Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.
Allah rəhmət eləsin!
Şərhlər