Suraxanı-Zığ şosesində süpürgəçi qadının vəziyyəti pisləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ramin Rəfizadə adlı istifadəçi sosial şəbəkə hesabında məlumat verib.
"Suraxanı Zığ yolunda süpürgəçi qadının yerdə çabaladığını gördüm. Maşını tez saxlayıb yardım etməyə çalışdım. Ağzından köpük gəlirdi. Onunla bərabər çalışan qadından soruşdum ki, əvvəllər belə hadisələr olub? Deyir yox. Qadın bu gün özünü çox pis hiss edirdi, müdirdən icazə istədi, o da vermədi, nəticəsi də budur", - deyə o qeyd edib.
Məsələ ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bununla bağlı heç bir məlumatlarının olmadığı və həmin ərazidə çalışan süpürgəçi qadınların 1 saylı Xüsusi Təyinatlı MKTB-nin işçiləri olduğu bildirilib.
1 saylı Xüsusi Təyinatlı MKTB və həmin ərazi üzrə 135 saylı Mənsil Kommunal-istismar Sahəsi ilə əlaqə yaratmağımız isə mümkün olmadı.
Çingiz Səfərli
Şərhlər