Xəbər lenti

Foto 15:39 06.08.2019

Şuranın maliyyə köməkliyi ilə kənd turizmin inkişafina dəstək layihəsi icra olunur (FOTOLAR)

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Kənd yerlərində ailə turizmin inkişafının təşviqi” layihəsini Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Quba rayonunun Xınalıq , Qrız və Girdah kəndlərində icra olunur.

Layihə 3 ay davam etdiyindən iyul və avqust aylarında Xınalıq , Qrız və Girdah kəndlərində turizm xidmət ilə məşğul olan ailələrə Dövlət Turzim Agentliyin əməkdaşı tərəfindən fərdi qaydada məlumat xarekterli seminar təşkil edilib. Ailələrə kənd turizmi inkişafı ilə bağlı geniş və ətraflı məlumat verilmiş, bu sahədəki fərdi bacarıqlarının təkmilləşdirilməsinə dəstək olub.

Layihənin icra müddəti ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Xınalıq , Qrız və Girdah kəndlərində ailə turizmi ilə məşğul olan 10 nəfər ailəyə mətəbxt ləvazımatları hədiyyə olunub.

Həmçinin kənd ərazisndə istirahət edən yerli və xarici turiztlər arasında kənd ərazisində göstərilən turizm xidmətin keyfiyyəti ilə bağlı sorğu təşkil olunub. Müştəri məmnunluğunu yaxşılaşdırmaq məqsədilə sorğu iştirakşıların istək və təkliflərini ailə turizmi ilə məşğul olan ailələrə çatdırılıb və ekspertlər tərəfindən müəyyən tövsiyələr verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?