"F 22" Suriya-İordaniya sərhədində yerə düşüb
Suriya ABŞ-a məxsusu "F 22" təyyarəsini vurub. Ans Press-in verdiyi xəbərə görə, məlumatı "Los-Anceles Times" "Əl Manara" televiziyasına istinadla yayıb.
Məlumatda həmçinin ABŞ-a məxsus 4 "Tomahawk" raketinin də vurulduğu bildirilir. ABŞ-ın təyyarəsi Suriya-İordaniya sərhədində yerə düşüb.
Məlumata görə, Suriyanın vurduğu 4 raket rəsmi Vaşinqtonun tərəfindən Suriya hərbi hava sisteminin yoxlanması üçün havaya buraxılmışdı.
Amerikanın Suriyaya hərbi müdaxiləsinin ləngiməsinində səbəbinin də bu olduğu qeyd edilir. Təyyarənin vurulmasından sonra amerikalı ekspertlər Suriyanın müdafiə qüvvələrində "S 300" və "S 400" kimi modern tipli raket qurğularının olmasına dair fikir formalaşıb. ABŞ-ın indsidentdən sonra Suriyanın raket hücumundan çəkindiyi bildirilir. Obama administrasiyasının itkilərin müəyyən edilməsi barədə işə başlayıb.
Qaynar.info
Şərhlər