Xəbər lenti

Suriyada böyük təhlükə: 300 min insanın köməyə ehtiyacı var
Dünya 13:12 28.07.2018

Suriyada böyük təhlükə: 300 min insanın köməyə ehtiyacı var

BMT Humanitar Məsələlər Koordinasiya Ofisinin sözçüsü Yens Laerke Suriyadakı humanitar vəziyyət barədə danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Laerke ölkənin cənubundakı qarşıdurmaların yenidən başladığını, burada yaşayan mülki vətəndaşların əziyyət çəkdiyini vurğulayıb. Bölgədəki 300 min nəfər əhalinin humanitar yardıma, kömək üçün isə 84 milyon 800 min dollara ehtiyac var. 

Qeyd edək ki, ötən həftələrdə Bəşər Əsəd qüvvələri muxaliflərlə qarşıdurmalarda ərazilər ələ keçirib. Nəticədə 182 min 618 insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Hərbi əməliyyatların aktivləşdiyi ölkədə İŞİD terror təşkilatının hücumları da artıb və 200-dən çox dinc sakin terrorçu qrupun qurbanı olub.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->