Əslən Lənkərandan olan üç nəfər Suriyada müxaliflərə qarşı döyüşlərdə həlak olub. Onlar İranda dəfn olunublar.
Bu barədə «Kavkazkiy Senter»in Suriyadakı müxbiri İslam Sayətxan adıgedən sayta açıqlamasında bildirib.
Onun dediyinə görə, şiə təriqətindən olan bu şəxslər İranın Qum şəhərində dini təhsil alırmışlar. Məhz bu şəhərdən də Suriya müxalifətinə qarşı döyüşə yollanıblar. İslam Sayətxanın yazdığına görə, onların hər üçü İrana gətirilib elə Qumdaca dəfn edilib.
Xatırladaq ki, bir qədər əvvəl şiə təriqətindən olan daha 3 nəfərin də Əsəd qüvvələri tərəfindən Azad Suriya Ordusuna qarşı döyüşlərdə həlak olduğu barədə KİV-də xəbərlər getmişdi.
Amma heç kimə sirr deyil ki, Suriyadakı azərbaycanlıların əksəriyyəti müxalif cəbhədə vuruşurlar. Bu da həmin şəxslərin sünni təriqətindən olması ilə əlaqəlidir. Onu da qeyd edək ki, azərbaycanlıların böyük əksəriyyəti inquş əsilli Ömər Şuşaninin komandanlıq etdiyi Ceyş Muxadcirin Ansar qruplaşmasında döyüşür.(musavat.com)
Şərhlər