Dünya 13:47 01.06.2020

Sürücü tankeri minlərlə nümayişçinin üzərinə sürdü, döyüb xəstəxanalıq etdilər

ABŞ-ın Minnesota ştatının Minnepolis şəhərində polisin sərt davranışı səbəbindən həyatını itirən qaradərili Corc Floydun ölümündən sonra başlayan aksiyalar getdikcə şiddətlənir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Minnepolisdə minlərlə insanın etiraz etdiyi bir vaxtda sürücülərdən biri tankeri onların üstünə sürüb. Nümayişçilər son anda özlərini kənara ataraq xlas ola biliblər. Hadisə zamanı xəsarət alan və ya ölən olmayb.

Əsəbi etirazçılar tankerə hücum çəkərək, maşından enən sürücünü döyüblər. Yaralanan sürücü xəstəxanaya aparılıb.

Camal