Xəbər lenti

Şuşa Teatrının direktorunun səhhətindən xəbər var
Ölkə 13:55 28.09.2021

Şuşa Teatrının direktorunun səhhətindən xəbər var

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti normaldır.

Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov COVİD-ə yoluxan direktorun səhhətindən danışarkən deyib. O bildirib ki, Yadigar Muradov hazırda Zığ Modul Tipli xəstəxanadadır:

"Sentyabrın 24-dən xəstəxanadadır. Həkimlər vəziyyətini orta qiymətləndirirlər”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov koronavirusa yoluxub.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->