Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.
Meyit Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 670-ə çatıb.
Şərhlər