Sənət 18:36 05.10.2020

Tacir Şahmalıoğlu: “Eşitsəm ki, Ağdam alınıb...”

"Eşitsəm ki, Ağdam alınıb, rayona birinci mən qayıdacağam”.


Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Sənətçi 3-4 gündür cəbhə bölgəsində olduğunu bildirib:


"Ağdamda, doğma torpağımda əsgərlər üçün konsert verdik. Ordumuz irəliləyir. Bizim əsgərlərə söz ola bilməz. 4 gün onlarla birlikdə olduq, ürəyim dağa döndü. Mən də hər bir an silaha sarılıb döyüşmək istəyirəm. Amma cəbhədə mən yaşda insanlara ehtiyac yoxdur, deyirlər. Hansı gün cəbhədə mənə ehtiyac olduğunu eşitsəm, döyüşə canla-başla hazıram. Bu vətən bizimdir, özüm də tankist olmuşam. Lap belə arxa cəbhədə kömək etməyə hazıram. Təki ordumuza bir köməyim toxunsun. Əsgərlərdə böyük ruh yüksəkliyi var. Yerli sakinlərlə də görüşdüm”.


Müğənni deyir ki, Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı xəbəri eşidəndə hönkür-hönkür ağlayıb:


"Özümü saxlaya bimədim, hönkürüb ağladım. Bütün Qarabağ mənim elim-günümdü. Hansı günü efirdə eşitsəm ki, Ağdam rayonu alınıb, Ali Baş Komandan da desə ki, Ağdam camaatı rayonuna qayıtsın, birinci mən gedəcəm. Mən o torpağı dünyaya dəyişmərəm. Rayonumu, kəndimi tapım, həyatıma qalan yerdən davam edəcəm”.


Tacir Şahmalıoğlu bildirib ki, ermənilər qan görəndə qorxan millətdir:


"Bir əsgəri sona kimi səngərdə qalan deyil. Kəlbəcərdə güllə səsi eşidəndə Ağdamı qoyub qaçacaqlar”.


Bahar Rüstəmli