Sənət 15:26 26.07.2019

Tahir Əkbərin bəstələri oğurlandı

Mərhum bəstəkar Tahir Əkbərin mahnıları oğurlanıb. bu haqda onun ailəsi şikayət edib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, T.Əkbərin bəstələdiyi, sözləri Nəbi Xəzriyə aid olan "Heç küsməyin yeridirmi" mahnısını erməni musiqiçi qagik Stepanyan oğurlayıb. O, musiqiyə erməni dilində sözlər yazıb. "Qaqoyi par" adını verdiyi mahnı "Youtube"da yerləşdirilib.

Bildirilib ki, T.əkbərin oğurlanan digər bəstəsi "Amin"dir. belə ki, İranda mahnının sözləri çıxarılıb və dini musiqi kimi təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl T.Əkbərin "Əzizim" bəstəsi türkiyədə bir müğənni tərəfindən oğurlanmışdı.