Xəbər lenti

Talassemiya Mərkəzi publik hüquqi şəxs edildi
Ölkə 10:45 23.01.2018

Talassemiya Mərkəzi publik hüquqi şəxs edildi

 
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda etdiyi dəyişikliklər əsasında Talassemiya Mərkəzi publik hüquqi şəxs edilib.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, yeni dəyişiklik əsasında Talassemiya Mərkəzinin adı siyahıdakı "Büdcədən maliyyələşən müəssisələr” bölməsinin " Tibbi mərkəzlər və birliklər” hissəsindən çıxarılıb.

Qeyd edək ki, NK-nın bundan əvvəlki qərarı ilə Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs edilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->