Ölkə 10:11 09.09.2019

Tale Heydərov "LİBRAFF"a rəhbər təyin etdi

"LİBRAFF" mağazalar şəbəkəsində yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, bundan sonra mağazalar şəbəkəsinə diksiya mütəxəssisi və aparıcı Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.

Bu barədə C.Nəzəroğlu özü məlumat verib: "Dostlar, mən yeni vəzifəyə təyin olundum. Bundan sonra "LİBRAFF" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".

Qeyd edək ki, Cəlalə Nəzəroğlu son olaraq ASAN Radioda çalışıb.