"Taliban"dan qorxunc açıqlama: Edamlar və "bədən cəzası" davam edəcək

"Taliban"ın həbsxanalar üzrə rəsmi nümayəndəsi Molla Nurəddin Turabi edam və "bədən cəzası"nın (əl, barmaq və digər bədən orqanlarının kəsilməsi) davam etdiriləcəyini bildirib.

Fanat.Az AFP-yə istinadən verir ki, Molla Nurəddin Turabi bunun ölkədə "təhlükəsizliyi qorumaq" baxımından önəmli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu kimi cəzalar xalqa açıq yerlərdə həyata keçirilməyəcək.

1990-cı illərdə "Taliban" bu cəzaları digərlərinə dərs olsun deyə xalqın gözünün qarşısında icra edirdi.

Turabi sərt cəzaların davam edəcəyini, amma televiziya və mobil telefona icazə veriləcəyini qeyd edib.

15 avqustda hakimiyyəti ələ alan taliblər əvvəlki dönəmdən daha mülayim siyasət vədi edirdi. Amma Turabinin son açıqlaması əslində vəziyyətin dəyişməyəcəyini və "Taliban"ın əvvəlki hakimiyyəti dönəmindəki siyasətini davam etdirəcəyini göstərir.

"Human Rights Watch" təşkilatının məlumatına görə, cümə axşamı "Taliban" Herat şəhərində qadınlarla bağlı sərt qaydalar tətbiq etməyə başlayıb. Məlumata görə, qadınların evlərindən çıxması yasaqlanıb və niqab tələbi qoyulub.

"Amnesty International"ın məlumatına görə, avqust ayı ərzində şiə olan etnik qrupun 9 üzvü "Taliban" tərəfindən edam edilib.

Kabilin ələ keçirilməsindən bir neçə gün sonra BBC-yə danışan "Taliban" üzvü hakim Hacı Badruddin şəriət qaydalarının tam olaraq tətiq olunmasının tərəfdarı olduğunu bildirmişdi: "Şəriət qaydaları açıqdır: Evlənmədən cinsi əlaqəyə girən qadın və kişinin cəzası xalqın gözü qarşısında 100 qırmanc cəzasıdır. Amma bu günahı edən şəxs evlidirsə, daş-qalaq edilərək öldürülməlidir. Bir insan oğurluq edibsə, əlləri kəsilməlidir". 

Aydın
XƏBƏRLƏR
BLOGLAR
X