Xəbər lenti

Talışlardan erməni təxribatına etiraz
Siyasət 16:11 26.03.2013

Talışlardan erməni təxribatına etiraz

Üç Azərbaycan vətəndaşı – talış fəallar Rabil Abdinov (“Hirkan” jurnalının redaktoru), Ataxan Əbilov (hüquq müdafiəçisi), Rafiq Cəlilov (Respublika Talış Mədəniyyət Mərkəzinin sədri) İran prezidenti Mahmud Əhmədinejada müraciət edib. 

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Azərbaycan ərazisi olan Qarabağ vilayəti erməni separatçılarının nəzarəti altındadır. Həmin bölgənin Şuşa şəhərində “Talışıstanın səsi” adlı radio yayımlanır. Radio aparıcılarının danışıq tərzinin linqivistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran ərazisində yaşayan talışlardır. Ehtimal edirik ki, həmin radio şirkətində İran vətəndaşı olan talışlar çalışır.

Xahiş edirik ki, vətəndaşlarınızın Azərbaycanın nəzarətsiz ərazisində çalışmasını əngəlləyəsiniz. Sizin ölkənin vətəndaşları Azərbaycan ərazisi olan Şuşa şəhərinə rəsmi viza ilə daxil ola bilər. Lakin onlar bunu etməyiblər. Bununla həm ölkəmizin qanunlarına, həm də islam dininin prinsiplərinə zidd olaraq Qarabağda axan şəhidlərimizin qanına hörmətsizlik ediblər. Bu cür hallar iki dövlət arasında rəsmi münasibətlərə, ölkələrimizdə yaşayan xalqlar arasında dostluq münasibətlərinə zərbə vurur. Biz talışlar istəmərik ki, xalqımızın adı iki dövlət arasında, xalqlararası münaqişə və mübahisələrdə hallandırılaraq narazılıq obyekti olsun.

Ümüd edirik ki, ölkə başçısı, müsəlman və ədalətli insan kimi problemin həll olunmasına əlinizdən gələn köməkliyi edəcək və bir daha İranın Qarabağ münaqişəsində rəsmi və insani mövqeyini sərgiləyəcəksiniz”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->