"İlk dəfə ekranda çılpaq göründükdən sonra, digər layihələrin prodüserləri daim soyunmağımı istəyirdilər. Nəticədə məşhur şou karyerama zərbə vurdu”.
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış ingilis aktrisa Emilya Klark "Armchair Expert”ə deyib.
Ekran ulduzu qeyd edib ki, dəfələrlə özü istəmədiyi halda tam çılpaq olmasını tələb edən bəzi rejissorlarla konfliktə girməli olub:
"Düşünürəm ki, hansı səhnələrin həqiqətən vacib olduğunu bilmək üçün kifayət qədər təcrübəm var”.
"Birinci mövsümdə eləcə axara düşüb gedir və heç nə başa düşmürdüm: neynirəm və bütün bunlar nə deməkdir”.
Dediyinə görə, Klark həmin vaxt çəkiliş meydançasında tam çılpaq dayanır və nə edəcəyini bilmirmiş. Bütün bunlar onun müvazinətini pozurmuş.
Aktrisa yalnız ona ekranda necə duruş gətirməyi öyrədən Ceyson Momoaya minnətdar olduğunu deyir, Ceyson üstəlik dubllar arasında ona xələt gətirilməsini tələb edirmiş. Bundan başqa, Ceyson hansı səhnələrə razılaşıb-razılaşmamağı da ona başa salırmış.
"O, mehriban və diqqətli idi və bir insan kimi mənim qayğıma qalırdı”, Klark deyib.
Alpər
Şərhlər