Video 18:16 18.10.2019

Tanınmış aktrisa sürücülükdən məhrum edildi: 3 il həbs gözlənilir (VİDEO)

Növbəti il yarım ərzində aktrisa Natalia Boçkaryova şəhərdə yalnız metro və ya taksi ilə gəzməli olacaq. 

Qaynarinfo kp.ru-ya istinadən bildirir ki, aktrisa 1 il 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, "Birlikdə xoşbəxtik” serialının ulduz aktrisasının idarə etdiyi "Kadillak" sentyabrın 28-nə keçən gecə Stromynkada yol polisləri tərəfindən saxlanılıb. Qadının davranışı müfəttişlərə qəribə görünüb və ona tibbi müayinədən keçmək təklif edilib. Boçkaryova bundan imtina edib. Ancaq sonra özü alt paltarında müəyyən bir maddə paketini gizlətdiyini etiraf edib. Müayinədən sonra maddənin kokain olduğu üzə çıxıb...

Bununla paralel olaraq polis Boçkaryovanın gecə tutulmasından sonra başladılan cinayət işini araşdırır. "Qanunsuz narkotik ticarəti" maddəsinə görə onu 3 ilə qədər həbs cəzası gözləyir.

Alpər