Ölkə 11:27 03.09.2019

Tanınmış jurnalistə yeni vəzifə verildi (FOTO)

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, "Ekspress" qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə "Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə Nicat Abdullayev rəhbərlik edib.