Xəbər lenti

Tanınmış yazıçının qızı Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək (FOTO)
Ölkə 16:59 27.01.2021

Tanınmış yazıçının qızı Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək (FOTO)

Milli Məclis Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxacaq.

Qaynarinfo xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Müzakirələrin sonunda H.Əfəndiyevanın hakim təyin olunması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->