Xəbər lenti

Tarif Şurası qiyməti 2 dəfə artırdı
Ekonomiks 22:34 27.12.2013

Tarif Şurası qiyməti 2 dəfə artırdı

2014-cü ilin ilk ayından etibarən büdcə təşkilatları üçün şəhər telefonlarının aylıq abunəsi artırılıb. 

Etatist.com xəbər verir ki, bu barədə Qanun nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu özünün "facebook” səhifəsində yazıb. Naşir yazır ki, bu gün nəşriyyata daxil olan bildirişdə göstərilib ki, şəhər telefonlarının aylıq abunəsi növbəti aydan etibarən 7 manat olacaq.   

Telefonların aylıq abunəsinin bu günə qədər 3 manat 50 qəpik olduğunu nəzərə alsaq, 2 dəfə artım olub.   Məsələ ilə bağlı "Azərpoçt” suallara cavab vermədiyi üçün Bakı şəhər 1 saylı poçtu ilə əlaqə saxladıq. Poçtdan bildirdilər ki, bu qərar yanvar ayından qəbul edilə bilər:  "Ola bilsin ki, yanvar ayından aylıq pulu kimi 7 manat ödənlisin. Hələ dəqiq bilinmir.  Bildirişi göndərirlər ki, əvvəlcədən xəbərləri olsun”

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->