Xəbər lenti

Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib
Ölkə 21:57 02.02.2018

Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu "Gənclərin dostu” mükafatını təsis edib.

Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, bu barədə qərar institutun genişləndirilmiş elmi şurasının 2 fevral - Gənclər Gününə həsr olunmuş iclasında qəbul olunub.

Bu mükafat görkəmli elm adamlarına gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq veriləcək.

İclasda çıxış edən gənclərin təklifləri nəzərə alınmaqla ilk mükafatın AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim olunması qərara alınıb. Bildirilib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək bu sahədə səmərəli fəaliyyət göstərməkdədir. İclasda qeyd ediblər ki, Akif Əlizadənin təşəbbüsü ilə 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, institutun magistrları qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->