Video 10:39 27.11.2018

Tarixi hadisə: NASA-nın "InSight" zondu Marsa eniş etdi (VİDEO)

NASA tərəfindən Marsa göndərilən "InSight" kosmik robotu planetin səthinə eniş edib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, "InSight" Mars səthinə eniş edən zaman siqnal göndərib. Layihəni həyata keçirən NASA laboratoriyası enişi alqışlarla qarşılayıb. "InSight" Eliziy vulkanik təpəsinin cənubundakı düzənliyə enib. 

"InSight" kosmik zondu Marsın daxili quruluşunu tədqiq edəcək. Bu günə qədər belə araşdırma yalnız Yerdə həyata keçirilib. Robotda quraşdırılmış texnika 2 aylıq hazırlıqdan sonra  3-5 metr dərinlikdə qazma işləri aparacaq. Tədqiqatın sonunda Marsın 4,6 milyard illik tarixi ilə bağlı məlumatların əldə edilməsi gözlənilir.

Qeyd edək ki, "InSight" Marsda 728 gün tədqiqat aparacaq.

ABŞ dövlət katibi Mayk Pens hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşaraq NASA-nı təbrik edib.
 
XƏBƏRİ BİRİNCİ AL- Qaynarinfo tətbiqini yüklə




Gülşən