Xəqani Cəfərli

Blogger
Yazılar
7
Tatarıstan ayağa qalxır

Tatarıstan ayağa qalxır

Xəqani Cəfərli

Rusiya müxalifətinin lideri Aleksey Navalnın və bütün siyasi dustaqların həbsdən azad olunması məqsədilə bütün Rusiya boyu etiraz aksiyalarının təşkili üçün hazırlıqlar aparılır. Müxalifət bunun üçün xüsusi onlayn platforma (https://free.navalny.com/) yaradaraq etiraz aksiyalarına qatılacaq insanları təşkilatlandırmağa çalışırlar. Aleksey Navalnının silahdaşları mitinqlərə qatılacaq insanların sayının 500 minə çatmasından sonra etiraz aksiyalarının yeri və forması barədə məlumat verəcəklərini vəd edirlər. 

Hazırda 432 mindən artıq insan platformada qeydiyyatdan keçərək mitinqlərdə iştirak edəcəklərini təsdiqləyiblər. Moskva üzrə 159 minə yaxın, Sankt-Peterburq üzrə isə 59 minə yaxın insan qeydiyyatdan keçib. Ən çox diqqət çəkən məqam isə Tatarıstanın paytaxtı Kazan üzrə 51 minə yaxın insan qeydiyyatdan keçərək etiraz aksiyalarında iştirak edəcəyini bildirməsidir. Əhalisinin sayı müfaviq olaraq 15 və 6 milyon nəfər olana Moskva və Sankt-Peterburqla müqayisədə 1.5 milyonluq Kazanda 51 minə yaxın insanın etirazlara qoşulmaq üçün müxalifətin yaratdığı platformada qeydiyyatdan keçməsi Rusiyanın ictimai-siyasi gündəminin əsas müzakirə mövzularındandır. Rusiyalı sosioloqlar Kazanda 51 minə yaxın insanın etirazlara qoşulmaq niyyətini təsdiqləməsini Tatarıstanın  sosial partlayış ərəfəsində olmasının əlamətlərindən biri kimi dəyərləndirlər. 

Rusiyalı politoqlar isə bildirirlər ki, ölkənin qeyri-rus əhalisi mərkəzə qarşı mübarizəsini müxalifətin bayrağı altında keçirməklə separatçı kimi görünməkdən yayınmağa çalışır. Halbuki, Rusiyanın qeyri-rus əhalsinin əsas mübarizəsi Moskvanın imperiyaçı siyasətinə qarşı yönəlib. Politoloqlar bu prosesi ötən əsrin əvvələrində Rusiya İmperiaysına qarşı milli mübarizənin Rusiya sosial demokratlarının bayrağı altında aparılması ilə müqayisə edirlər.   
Rusiyalı politoqlar qeyd edirlər ki, Qərbin təzyiqləri artdıqca qeyri-rusların arasında Moskavanın tabeçiliyindən çıxmaq istəyi daha da güclənir. Rusiyalı sosioloqlar bu prosesin Tatarıstan, Başqırdıstan, Çüvaşıstan, Saxa (Yakutıstan) və Şiamli Qafqazda daha qabarıq olduğunu qeyd edirlər. Moskvanın imperiyaçı siyasətinə qarşı qeyri-rusların milli mübarizəsinə isə Tatarıstan öncüllük edir.

OXŞAR XƏBƏRLƏR