Xəbər lenti

Tatarlar Moskvaya qarşı çıxdı: Prezidentlik institutu ləğv edilmədi
Dünya 12:42 27.10.2021

Tatarlar Moskvaya qarşı çıxdı: Prezidentlik institutu ləğv edilmədi

Tatarıstan Rusiyanın sonuncu bölgəsidir ki, rəhbəri prezident adlanır. Sentyabrın sonunda Dövlət Dumasına Rusiya Federasiyası inzibati ərazi vahidlərinin rəhbərlərinin ardıcıl iki müddətdən artıq seçilməsinə imkan verən regional hakimiyyət sistemi haqqında qanun layihəsi təqdim edilib. 

Sənəddə yüksək vəzifəli şəxsin - Rusiya Federasiyasının rəhbərinin tutduğu vəzifənin bütün ölkə üçün müəyyənləşən ümumi adı ilə bağlı müddəa da var. Müddəa tələb edir ki, yerlərdə prezidentlik institutu ləğv edilsin. 

Eyni qanun layihəsi Rusiya Federasiyası Prezidentinə etimadın itirilməsi ilə əlaqədar qubernatorları (rəhbərləri) nəinki istefaya göndərmək, hətta onlara töhmət vermək və ya vəzifələrini müvəqqəti olaraq dayandırmaq imkanı da verir. Belə görünür ki, Rusiyada mütləq hakimiyyətin formalaşdırılması üçün qanuni baza formalaşdırılır. Amma bu qanun layihəsinə etiraz edənlər də var. Bunlardan biri də tatarlardır.

Belə ki, oktyabrın 25-də Tatarıstan parlamenti yekdilliklə federal qanun layihəsini dəstəkləməmək qərarına gəlib. Səbəb isə qanun layihəsində "mürtəce müddəalar"ın kifayət qədər çox olmasıdır..

Mirzə Bakuvi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->