Tayvanın Xualyan və Nantou əyalətlərində 2 zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, zəlzələnin gücü müvafiq olaraq 4,5 və 4,2 bal olub. Təkanlar barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Xualyanın 5 km cənub-qərbində, yerin 20 km dərinliyində, Nantouda isə Puli qəsəbəsindən 21 km məsafədə, yerin 7,9 km dərinliyində qeydə alınıb.
Təkanlar Tayvanın mərkəzi ərazilərində də hiss edilib.
Gülşən
Şərhlər