Siyasət 22:09 28.02.2020

Təcili - Ərdoğan Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Qaynarinfo xəbər verir ki, liderlər telefon söhbətində regional məsələləri, xüsusilə ikitərəfli problemlər və İdlibdəki son hadisələri müzakirə edib.

Liderlərin İdlibdə əlavə tədbirlərin görülməsi barədə razılaşdıqları qeyd olunub.