Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.
Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində dərslər və tədrislə bağlı tədbirlər təxirə salınıb.
Məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və 31-dək davam edəcək.
Şərhlər