Xəbər lenti

“Təhlükəsiz internet” mexanizmi tətbiq olunacaq - Azərbaycanda
Ekonomiks 11:44 09.04.2014

“Təhlükəsiz internet” mexanizmi tətbiq olunacaq - Azərbaycanda

 Azərbaycanda  uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz internet” mexanizmi işlənilərək tətbiq ediləcək.

APA-nın verdiyi məlumata görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Strategiyada informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin, hüquqi bazanın təkmilləşdirilməsi, ölkənin milli informasiya məkanının və kritik infrastrukturunun, o cümlədən informasiya infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi, ölkənin informasiya əlaqələrində xarici ölkələrdən texniki və texnoloji asılılığın azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, “e-hökumət” infrastrukturunun informasiya təhlükəsizliyinin təmin edilməsi də qarşıya qoyulan əsas vəzifələr sırasındadır. 

Eyni zamanda elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma həyata keçirilməli,  kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələr yaradılmalı, tövsiyələr hazırlanmalı və metodiki dəstək göstərilməlidir. Dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektləri kibertəhlükəsizlik üzrə fəaliyyətlərini əlaqələndirməli, əhali, özəl və digər qurumları kibertəhlükəsizlik sahəsində maarifləndirilməli və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmalı, bu sahədə ixtisaslı kadrlar hazırlanmalıdır. Ölkənin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması da qarşıya qoyulan vəzifələr sırasındadır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->