İranın paytaxtı Tehranda 5,2 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən verilən açıqlamada zəlzələnin yerli vaxtla saat 23:27-də baş verdiyi bildirilib.
Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.
Dağıntı və tələfatın olub olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Şərhlər