İranın paytaxtı Tehranda prezident aparatına girməyə çalışan şəxsin qarşısı alınıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı kişi əlində kəsici alətlə binaya hücum edib. Birinci nəzarət-buraxılış məntəqəsini keçməyi bacaran hücumçuya təhlükəsizlik qüvvələri tərəfindən atəş açılıb. Yaralanan kişi dərhal xəstəxanaya aparılıb.
Hadisə zamanı prezident Həsən Ruhaninin binada olub-olmadığı bilinmir.
Gülşən
Şərhlər