Xəbər lenti

Təhsil eksperti Baş nazirin sərəncamını şərh etdi
Ölkə 18:35 02.06.2020

Təhsil eksperti Baş nazirin sərəncamını şərh etdi

"Artıq müəllimlər orta məktəblərə gəlməyəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Baş nazir Əli Əsədovun Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncamını şərh edərkən deyib. 

Onun sözlərinə görə, yalnız şagirdlərin orta məktəb qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, digər heç bir iş həyata keçirilə bilməz: 

‌"Yəni, şagirdlər və məllimlər üçün cari ildə məktəb başa çatdı. 14 iyunu gözləməyə ehtiyc qalmadı. Yalnız məktəbə müəllimlər yuxarıda qeyd olunan prosedurları yerinə yetirmək üçün çağırıla bilərlər”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->