"Hesab edirəm ki, valideynlərin narahatlıqlarını, eyni zamanda, qış fəslinin xəstəliklər ayı olduğunu, hələ də yoluxma hallarının davam etdiyini nəzərə alsaq, birmənalı şəkildə dərslərdə iştirak etmə könüllü olaraq təşkil edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov fevral ayında orta məktəblərdə dərslərin başlanması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, dərslərdə iştirak edən şəxslərin məktəblərə gediş-gəlişi xüsusi qaydada təşkil edilməlidir:
"Yəni, şagirdlər üçün xüsusi məktəbli avtobusları ayrılmalıdır. Bu müddət ərzində hələ də məktəblərdə dezinfeksiya işləri aparılmayıb. Amma dərslərdə iştirak etmə könüllü olduqdan sonra müəllimlərin işləri çoxalır. Ondan sonra həmin müəllimin gəlib evdə təkrar onlayn dərs keçməsi real görünmür. Düşünürəm ki, şagirdlərin istifadəsinə hər gün yeni qoruyucu maska vermək lazımdır və istifadə etmək məcburi olmalıdır. Məktəbin azı 1 girişi və fərqli 1 çıxışı olmalıdır”.
Kamran Əsədov qeyd edib ki, ənənəvi dərslərdə iştirak etməyən şagirdlərə ayrıca onlayn dərslər keçirilməlidir.
Bahar Rüstəmli
Şərhlər