Video 19:26 21.01.2022

Təhsil nazirinin müavinindən rus dili dərsliyindəki xəta haqqında açıqlama

Orta məktəblərin rus bölməsi üçün yazılan 4-cü sinif rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı yol verilən təhrifə Gəncədə səfərdə olan təhsil nazirinin müavini Muxtar Məmmədov münasibət bildirib.

O qeyd edib ki, hazırda nəşriyyat tərəfindən məsələ araşdırılır. Araşdırmadan sonra müvafiq tədbir görüləcək.

"Dərsliklərdə olan bu kimi hallar aradan qaldırılacaq”, - deyə təhsil naziri əlavə edib.

Qeyd edək ki, mətndə deyilir ki, 1990-cı il 20 yanvar gecəsində şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?