“Təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Naxçıvana ekskursiya (FOTO)

“Təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Naxçıvana ekskursiya (FOTO)

"Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində 12.10.2019-cu il tarixindəm maarifləndirici ekskursiya Naxçıvan şəhərində keçirilib. 

Qaynarinfo xəbər verir ki, ekskursiya iştirakçıları Naxçıvan şəhərində öncə Heydər Əliyevin büstünü ziyarət etmiş oraya qızıl güllər qoyublar. Daha sonra onlar Möminə Xatun türbəsini, "Xan Sarayı” - Naxçıvan xanlarının iqamətgahında olub. Burada onlara bu tarixi məkanlar haqda muzey bələdçiləri məlumat verib.

Naxçıvanın Ali Təhsil ocaqları ilə ekskursiya iştirakçılarını Naxçıvsn Dövlət Universitetinin əməkdaşı tanış edib. Nahardan sonra iştirakçılar əfsanəvi "Əshabi Kəhf” mağarası ilə tanış olub. Daha sonra "Heydər Əliyev Sarayı” və "Naxçıvanqala” -Tarix-Memarlıq Muzey  Kompleksini ziyarət edib.

Ekskursiya iştirakcıları aldıqları və gördükləri məlumatlardan məmnun şəkildə təyyarə ilə Naxçıvandan Bakıya geri dönüblər.
XƏBƏRLƏR
BLOGLAR