Texnologiya 12:39 24.10.2019

Aleksey Volin: "Telegram"ı bloklamaq o demək deyil ki..."

"Telegram"ı bloklamaq bu mesajlaşma xidmətindən istifadənin qadağan edilməsi demək deyil".

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Kommunikasiya naziri Aleksey Volin açıqlama verib. Ötən günlərdə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da bu fikirləri səsləndirmiş, hətta özünün "Telegram Messenger"indən istifadə etdiyini dilə gətirmişdi.

Qeyd edək ki, Rusiyada 2018-ci ilin aprel ayında "Telegram"ın qadağan edilməsi üçün addım atılıb. Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmətinin şirkəti şifrələmə düymələrini Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etdiyinə görə tətbiqetmənin bloklanması üçün qaldırdığı hüquqi iddiası təmin edilib.

Gülşən