Xəbər lenti

Ötən il mobil operatorlar nə qədər qazanıb?
Texnologiya 16:38 17.01.2018

Ötən il mobil operatorlar nə qədər qazanıb?

Ötən ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 724,6 mln. manatlıq xidmət göstərib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub.
 
Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 49,6%-i və ya 856,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->