Xəbər verdiyimiz kimi, Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Onlar öldürülən hərbçilərinin adını da açıqlayıb.
- Hayk Gevorqyan (baş leytenant)
- Koryun Harutyunyan (əsgər)
- David Koçaryan (əsgər)
Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü Azərbaycan tərəfindən qəbul edilib. //azxeber.com
Şərhlər