"Seçmə mərhələdə ikinci yeri tutmağımızın bizim üçün daha xeyirli olduğunu gördüm. Püşkatmadan da razı qaldım və ürəyimizcə olduğunu deməliyəm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir deyib.
.
Federasiya rəhbəri "AVRO-2020"də oyunları Roma və Bakıda keçiriləcək A qrupunda çıxış etmələrinə münasibət bildirib. Hihat Özdemirin sözlərinə görə, İtaliya, Uels və İsveçrənin yer aldığı qrupda əsas hədəfləri mərhələ adlamaqdı: "Heç vaxt "asan qrupdu, komandaları rahat keçərik" deməmişəm, bunu demərəm də. Amma komandamıza, baş məşqçimizə güvənirik. Gənc kollektivlə və onların yanında olan Burak, Əmrə kimi təcrübəli oyunçularla uğurlu nəticəyə inanıram. Əsas hədəfimiz qrupdan çıxmaqdı".
TFF rəhbəri Azərbaycan haqqında da danışıb: "Bütün dünya İtaliya ilə Romada keçirəcəyimiz açılış matçından danışacaq. UEFA da açılış matçında İtaliya ilə Türkiyənin qarşılaşmasından məmnundu. Qrupda növbəti iki oyunumuz Bakıda - qardaş ölkə dediyimiz Azərbaycanda olacaq. Hər zaman bu fikri səsləndirmişik: iki dövlət, bir millət. Bakıdakı stadion tam dolacaq. Azarkeş üstünlüyündən yararlanıb, Bakıda qrupdan çıxmaq üçün yetərli sayda xal toplamağı hədəfləyirik. Həm Romada, həm də Bakıdakı qarşılaşmalarda bizi dəstəkləmək istəyən azarkeşlər indidən biletlərini alsınlar, səfər proqramlarını qursunlar. Bütün futbolsevərləri Türkiyə yığmasını dəstəkləmək üçün həmin oyunlara çağırırıq”.
Şərhlər