Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya ölkəyə "keçid dövründə” rəhbərlik etməyə hazır olduğunu söyləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, YouTube-da yayımlanan video mesajında bildirib.
"Yalnız olmadığımı bildiyim üçün bu məsuliyyəti öz üzərimə götürürəm", - Tixanovskaya deyib. Siyasətçi qeyd edib ki, məqsəd ən yaxşı mütəxəssisləri və demokratik qüvvələri birləşdirməkdir ki, respublika dəyişikliklərə ən qısa zamanda yaxınlaşsın.
Tixanovskaya görə, Lukaşenko rejimi dağılır. Tezliklə, onun iddia etdiyi kimi, sistemdə olan insanlar öz öz xalqıyla müharibə aparmaqdansa onunla danışıqlar masasına oturacaqlar.
O, müxalifətin yeni seçkilər üçün bir konsepsiya hazırladığını da iddia edib. "Biz keçidi asanlaşdırmaq və sürətləndirmək, hakimiyyətin xalqa qaytarılması üçün çalışırıq", - müxalifət lideri deyib.
Alpər
Şərhlər