Dünya 23:55 14.08.2020

Tixanovskaya hakimiyyətlə dialoqa hazır olduğunu açıqladı

Belarusiya prezidentliyə namizədi Svetlana Tixanovskaya Respublika Mərkəzi Seçki Komissiyasının seçkilərin son nəticələrini 80,1% səslə Aleksandr Lukaşenkonun qələbəsi ilə elan etməsindən sonra, hakimiyyətin ötürülməsini təmin etmək üçün ölkədə Koordinasiya Şurasının yaradılması təşəbbüsünü irəli sürüb.

Qaynarinfo xəbər verir ki, o, həmçinin beynəlxalq ictimaiyyəti və AB ölkələrini Belarus hakimiyyəti ilə dialoqun təşkilinə kömək etməyə çağırıb.

Tixanovskaya özünün də Belarus rəhbərliyi ilə dialoqa hazır olduğunu vurğulayıb.
 
Alpər